Modern.az

Ziya Məmmədovla Füzuli Ələkbərovun federasiyaları I Avropa Oyunlarına necə hazırlaşır?..

Ziya Məmmədovla Füzuli Ələkbərovun federasiyaları I Avropa Oyunlarına necə hazırlaşır?..

Təhsil

21 Aprel 2015, 11:39

Bakıda keçiriləcək I Avropa Oyunlarına artıq sayılı günlər qalıb. 12-28 iyun tarixlərində gerçəkləşəcək oyunlarda Azərbaycanın müxtəlif oyunlar üzrə komandaları da iştirak edəcək.
Azərbaycanın Avropa Oyunlarında iştirak edəcək komandaları yarışlara necə hazırlaşır?
Modern.az saytı məsələ ilə bağlı iki komanda ilə əlaqə saxlayıb.

Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti və qadınlardan ibarət millimizin baş məşqçisi Faiq Qarayev Modern.az-a açıqlamasında yeniliklərdən də danışıb.

“Voleybol Federasiyamız qadın və kişi komandası olmaqla Avropa Oyunlarına hazırlaşır. Çimərlik voleybolu isə bizdə yenidir. Ona görə də ilk dəfə çimərlik voleybolçularımız yarışa qatılacaqlar. Kişi voleybolçularımızın komandası isə bu vaxta qədər belə mötəbər yarışlarda iştirak etməyib. Qadın voleybolçularımızın qarşısında bu oyunlarda daha yaxşı çıxış etmələri üçün məqsəd qoymuşuq. Hətta, Azərbaycan Voleybol Federasiyasının prezidenti Ziya Məmmədov voleybolçularla mütəmadi olaraq maraqlanır. Bütün işlərimiz Ziya müəllimlə məsləhətli şəkildə aparılır. Hörmətli nazir oyunçularımızdan heç bir dəstəyini əsirgəmir”.

Azərbaycan Cüdo Federasiyasının baş katibi Elnur Camalxanov da Cüdo Federasiyasında gedən hazırlıqlardan danışıb.
“Cüdoçularımız yüksək əhval-ruhiyyə ilə Avropa Oyunlarına hazırlaşır. Cüdo Federasiyanın prezidenti Füzuli Ələkbərov nazir olduğu dövrdə də, indi də əlindən gələn köməyi əsirgəməyib. Füzuli müəllim hər an idmançılarla, onların təlim məşqi ilə, yarışları ilə maraqlanır. Ələxsus da Avropa Oyunları ərəfəsində hər bir idmançıya daha yaxından qayğı və diqqət göstərir”.

Namidə BİNGÖL 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə