Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 22-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam havanın tutqun olacağı gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-8, gündüz 12-16 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində aprelin 22-də bəzi yerlərdə şimşək caxacağı, yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 6-11, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Modern.az