Modern.az

3 ayda sürücülər 1 milyon 322 min manat cərimələniblər

3 ayda sürücülər 1 milyon 322 min manat cərimələniblər

Təhsil

21 Aprel 2015, 16:15


Bu ilin ilk üç ayı ərzində 64 min 50 nəqliyyat vasitəsinə 1 322 000 manat cərimə yazılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Modern.az saytına bu ilin ilk üç ayı ərzində dayanma, durma qaydalarının pozulmasına görə yazılan cərimələr barədə məlumat verib.

Onun bildirdiyinə görə, 2015-ci ilin ilk üç ayı ərzində 62 min nəqliyyat vasitəsi İnzibati Xətalar Məcəlləsinin 158-1.1 maddəsinə (dayanma, durma və ya parklanma qaydalarını pozulması) müvaif olaraq cərimə edilib:

“2 min 50 nəfər isə 158-1.2 maddəsinə - avtobus dayanacağından 15 metr məsafədən az yaxınlıqda nəqliyyat vasitəsinin dayanması və durmasına görə cərimələnib.

İnzibati Xətalar Məcəlləsinə əsasən, qayda pozan nəqliyyat vasitəsinə 158-1.1 maddəsilə 20, 158-1.2 maddəsilə isə 40 manat miqdarında cərimə nəzərdə tutulub.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə