Modern.az

Davudoğlunun 11 yaşlı mühafizəçisi - FOTOLAR

Davudoğlunun 11 yaşlı mühafizəçisi - FOTOLAR

Təhsil

21 Aprel 2015, 17:29


Türkiyənin baş naziri Əhməd Davudoğlu Çankaya Köşkündə TRT Beynəlxalq Uşaq Şənliyinə qatılan iştirakçıları qəbul edib.
Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, məlum görüşdə nazirin mühafizəsini 11 yaşlı qız icra edib. Onun Davudoğlunun mühafizəçisi Məhmət Turhanın qızı Ece Turhan olduğu bildirilib.

Ecenin “Atam üçün çox darıxıram” deməsinə cavab olaraq baş nazir “Atanın vaxtını çox aldığım üçün mənə hirslənmirsən eləmi? Onların hər birinin ikinci atası bizik” deyib.

   

Gülşən RAUFQIZI    

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə