Modern.az

Bakının bəzi ərazilərində su olmayacaq

Bakının bəzi ərazilərində su olmayacaq

Təhsil

21 Aprel 2015, 17:48


Bakının bəzi ərazilərinə içməli su məhdudiyyətlə veriləcək.

“Azərsu” ASC-dən Modern.az-a verilən məlumata görə, yay mövsümünə hazırlıq işləri çərçivəsində magistral xətlərdə profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar 22 aprel 2015-ci il tarixdə saat 08:00-dan 23:00-dək  Ceyranbatan və Saray qəsəbələrinə, Masazır qəsəbəsinin “Qurtuluş” yaşayış massivinə, Novxanın kəndinin bir hissəsinə,  Yeni Biləcəri yaşayış  sahəsinə içməli su məhdudiyyətlə veriləcək.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə