Modern.az

Avropa Şurasının baş katibi azərbaycanlı girovlardan danışdı: “Nə edə bilərəm...”

Avropa Şurasının baş katibi azərbaycanlı girovlardan danışdı: “Nə edə bilərəm...”

Təhsil

21 Aprel 2015, 22:25


Aprelin 21-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında Avropa Şurasının baş katibi Torbyorn Yaqland deputatların suallarını cavablandırıb.
Modern.az xəbər verir ki, Azərbaycandan olan millət vəkili Qənirə Paşayeva baş katib T.Yaqlandı ermənilərin Dağlıq Qarabağda saxladığı azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahaz Quliyevin azad olunması üçün addımlar atmağa çağırıb:

“Cənab baş katib bir neçə ay əvvəl Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qurulmuş separatçı, heç bir ölkə, beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan və Ermənistan tərəfindən dəstəklənən separatçı rejim tərəfindən girov götürülən azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı bütün beynəlxalq normaları pozaraq inşanlıqdan kənar əməllər həyata keçiriblər. Bu günə qədər bütün beynəlxalq çağırışlara da baxmayaraq onlar girov saxlanılmaqda davam edirlər. Cənab baş katib, onların ailələri sizdən dəstək gözləyir və girovların azad olunması istiqamətində addımlar atmağa çağırırlar. Girovların azadlığa çıxması üçün baş katib kimi hansı addımlar ata bilərsiniz və atmağı düşünürsünüz?”.

AŞ-nın baş katibi suala cavabından bu məsələnin onu xüsusi narahat eidyini deyib: “Mən sizin qeyd etdiyiniz bu iki məsələ ilə bağlı vəziyyətin gedişatını diqqətlə izləyirəm və bu məsələ məni xüsusilə narahat edir. Şəxsən mən bu məsələdə nə edə bilərəm? Mən indi bu məsələdə nə edə biləcəyimi sizə desəm, çox guman bir nəticə verməz. Amma mən bir şeydə sizi əmin edə bilərəm ki, mən bu məsələni çox yaxından izləyir və vəziyyəti hardasa müsbət bir tərəfə dəyişməsinə çalışıram”.

Modern.az 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə