Modern.az

Yuliya Timoşenko Mövlud Çavuşoğluna şikayət edib

Yuliya Timoşenko Mövlud Çavuşoğluna şikayət edib

21 Sentyabr 2010, 12:32

Ukraynada səfərdə olan Avropa Şurası Parlament Assableyasının sədri Mövlud Çavuşoğlu bu ölkənin müxalifət liderlərindən, sabiq baş nazir Yuliya Timoşenko ilə bir araya gəlib. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki,  Timoşenko AŞPA sədri ilə görüşdə  bir sıra narazılıqlarını diqqətə çatdırıb. Timoşenko qeyd edib ki, Ukraynada siyasi vəziyyət kökündən dəyişib.

“Ölkə avtoritarizmə doğru addımlayır”deyən Timoşenko  sensuranın tətbiqi, insan haqlarının pozulmasaı, siyasi oppenentlərin təqib olunması və siyasi rəqabətin olmadığı kimi təhlükələri göstərib. Timoşenkoya görə son vaxtlar topladığı faktlar ölkədə demokratiyanın inkişafdan qaldığını deməyə əsas verir. 

O buna misal olaraq jurnalist Qonqadzenin qalmaqallı qətl işinin araşdırılmasının yarımçıq qalması, iki telekanalın tezliklərdən məhrum olunması, ölkədə şəffaf  seçkilərin keçirilməsinə imkan verməyən şəraitin hökm sürməsini göstərib. Timoşenko bəyan edib ki, AŞPA Monitorinq komitəsi Ukraynada gedən proseslərə qiymət verməlidir. “Ölkənin AB üzvü olması və demokratiya yolunda irəliləməsi üçün vacibdir ki, monitorinq komitəsinin hesabatı bugünkü reallıqlara adekvat olsun,-”deyə Timoşenko bildirib. 

Çavuşoğlu qeyd edib ki, Ukrayna müxalifətinin ölkənin təxirəsalınmaz problemləri barədə  rəyi  AŞPA üçün vacibdir. O, Timoşenkoya AŞPA Monitoinq komitəsinin məruzəçiləri ilə görşüməyi təklif edib. 

Çavuşoğlu gələn həftə AŞPA Monitorinq komitəsi üzvlərinin Ukraynaya səfər edəcəyini  deyib. Ukraynaya səfəri gedişində Çavuşoğlu prezident  Viktor Yanukoviç, bu ölkənin xarici işlər nazir  Konstantin Qrişenko ilə görüşüb.  Prezident Yanukoviç qarşıdan gələn parlament  seçkilərini izləmək üçün Çavuşoğludan AŞPA müşahidə missiyasının Ukraynaya göndərilməsini xahiş edib. O bu məsələdə Movlud Çavuşoğlunun dəstəyinə ümid etdiyini deyib. Çavuşoğlu qeyd edib ki, AŞPA Ukraynada demokratiyanın inkişafına yardım göstərməyə hazırdı.        

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi