Modern.az

Ermənilərin 24 apreldə planlaşdırdığı bütün təxribatların qarşısı alınacaq – Müdafiə Nazirliyi

Ermənilərin 24 apreldə planlaşdırdığı bütün təxribatların qarşısı alınacaq – Müdafiə Nazirliyi

Təhsil

22 Aprel 2015, 10:39


Ermənilərin qondarma “soyqırımı” təbliğatı ilə növbəti dəfə dünya ictimaiyyətinin diqqətini cəlb etmək niyyətləri istənilən nəticəni vermir.

Hər kəsə bəllidir ki, ermənilər bu dəfə 24 aprel tarixini, “emrəni soyqırımının 100 illiyini” daha “təmtəraqlı” qeyd etməyə hazırlaşırlar. Məhz həmin gün düşmən tərəfin atəşkəs rejimini davamlı olaraq pozacağı, cəbhə xəttində hər hansı təxribat xarakterli əməliyyatlar törədəcəyi istisna edilmir.

Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Dərgahlı Modern.az saytına bildirib ki, Azərbaycanda hərbi vəziyyət tam nəzarət altındadır:  

“Qoşunların döyüş hazırlığı səviyyəsinin yoxlanılması məqsədilə müdafiə nazirinin əmrinə və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin sərəncamına əsasən hərbi hissə və birləşmələr planlı şəkildə “Həyəcan” siqnalı ilə qaldırılaraq onların döyüş qabiliyyəti və manevr imkanları yoxlanılır”.    

Gülşən RAUFQIZI

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə