Viktor Yanukoviç prezidentliyi dönəmində Ukrayna milli təhlükəsizlik şurası katibinin müavini olan Vladimir Sivkoviç Moskvada ağır qəzaya düşüb.
Modern.az Rusiya KİV-inə istinadən xəbər verir ki, keçmiş müavinin olduğu maşın qarşı tərəfdən gələn avtomobillə toqquşub. Nəticədə Sivkoviçin onurğası sınıb. O, Moskva xəstəxanalarından birinin reanimasiya şöbəsinə yerləşdirilib.
2013-cü il noyabrın 30-da Kiyevdə keçirilən aksiyanı amansızlıqla yatırmaqda ittiham olunan Vladimirt Sivkoviç Viktor Yanukoviç hakimiyyətinin devrilməsindən sonra Rusiyaya qaçıb.
Vüqar İsmayılov