Modern.az

Seçicilər Vahid Əhmədovdan problemlərinin həllinə yardım istədilər - FOTOLAR

Seçicilər Vahid Əhmədovdan problemlərinin həllinə yardım istədilər - FOTOLAR

Təhsil

22 Aprel 2015, 12:48


Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Quba rayonunda növbəti dəfə    seçiciləri ilə görüşüb.

Modern.az-ın verdiyi xəbərə görə, qəbulda Qubadan, eləcə də qonşu Xaçmaz və Şabran rayonlarından olan 27 nəfər sakin qəbul   edilib. Seçicilər işlə təmin olunma, sosial yardımların elektron qaydada təyinatının tətbiqi ilə bağlı yaranan çətinliklərin həll olunmasına kömək, ağır xəstəliklərə yoluxanların xaricdə müalicə almalarına kömək, torpaq  ayrılması, qaz, işıq haqqı ödəmələrində yaranan problemlərin həlli və digər məsələlər qaldırıblar.

Sakinləri narahat edən bəzi məsələlər yerindəcə həll edilib, vaxt və mərkəzi təşkilatların   müdaxiləsi tələb olunan məsələlər nəzarətə götürülüb.

Qəbuldan sonra Quba-Qonaqkənd yolunun tikintisi işləri ilə maraqlanan deputat Vahid Əhmədov rayon yol idarəsinin rəisi Tağı Tağıyevlə birlikdə həmin sahəyə baş çəkib, işlərin gedişi zamanı yaranan problemlərin həllində yardımçı olacağını bildirib.        

Sonra Quba rayon İcra Hakimiyyətinə gedən deputat görüşləri və qəbulla bağlı rəhbərliklə təəssüratlarını bölüşüb, əhalini narahat edən məsələlərin həlli yolları barəsində fikir mübadiləsi aparıb.

    

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə