“Siyasi proseslər Avropa Oyunlarından sonra kəskin formada dəyişəcək”.
Bunu Modern.az saytına açıqlamasında “Xalq Arzusu” Hərəkatının sədri Asəf Quliyev deyib.
O, rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışarkən bildirib ki, hazırda hərəkatın rayonlarda şöbələrinin yaradılır:
“Hərəkatın təşkilatlanma prosesinin gücləndirilməsi davam edir. Hər bir təşkilat parlament seçkilərində iştirak etmək istəyir. Hərəkatın seçkilərdə iştirak edib-etməyəcəyi demokratik şəraitdən asılı olacaq.
Əgər hər şey nisbətən normal olacaqsa, iştirak etmək olar. Bir neçə dairədən namizədlərin verilməsi nəzərdə tutulur. Amma hələ tam qərar verilməyib. Builki seçkilərin fərqli keçəcəyini düşünmürəm”.
Asəf Quliyev 2013-cü il prezident seçkisi ərəfəsində Milli Şuradan və AXCP-dən istefa verib. Bundan bir müddət sonra “Xalq Arzusu” Hərəkatı adlı qurum yaradıb.
Sevinc Yasinqızı