Modern.az

Lavrovdan Qarabağ MESAJI

Lavrovdan Qarabağ MESAJI

Təhsil

22 Aprel 2015, 16:48


Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş üçün imkanlar var.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Sputnik", "Exo Moskvı" və "Qovorit Moskva" radiostansiyalarının birgə efirində deyib.  

Onun sözlərinə görə, Rusiya bu çox çətin, lakin əslində həlli mümkün olan münaqişənin nizamlanması üçün hamıdan çox şey edib və etməkdə davam edir.  

XİN rəhbəri qeyd edib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan ABŞ və Fransa ilə işləməyə davam edir:

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə mütəmadi ünsiyyət saxlayırıq.   Bizim prezident də Azərbaycan və Ermənistan prezidentləri ilə təmaslarında bu mövzunu müzakirə etməyə davam edir. İrəliyə getmək üçün hamı tərəfindən qəbul edilə biləcək əsas tapmağa imkan var və ümid edirik ki, qarşıdakı görüşlər, o cümlədən Yerevandakı təmaslar bu məsələdə sürətlənməyə imkan verəcək. Məncə, bu, artıq yetişib".  

Modern.az  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə