Modern.az

Elçin Əlibəyli Xankəndinə üz tutur

Elçin Əlibəyli Xankəndinə üz tutur

Qarabağ

21 Sentyabr 2010, 15:05

Noyabrın 7-də keçiriləcək parlament seçkilərində namizəd kimi öz qüvvəsini sınamaq istəyən media nümayəndələrinin sırası genişlənir. Modern.az saytının məlumatına görə, ATV telekanalının baş prodüsseri, “El içində” verilişinin aparıcısı Elçin Əlibəyli də deputatlığa namizədliyini irəli sürüb. 

Tanınmış telejurnalist namizədliyini 122 saylı Xankəndi seçki dairəsindən irəli sürüb. Sənədlərini artıq DSK-ya təqdim edən E.Əlibəylinin namizdəliyi qeydə alınandan sonra fərqli taktika ilə təbliğat-təşviqat işi aparacağı bildirlir.
Əslən Qərbi Azərbaycandan olan, İrəvan şəhərində doğulan E.Əlibəylinin Xankəndi şəhərinin erməni milliyətindən olan sakinlərinə erməni dilində müraciət ünvanlayacağı, onları Azərbaycan vətəndaşları kimi seçki prosesinə qoşilmağa çağıracağı bildirlir.

Elçin Əlibəyli 5 dekabr 1978-ci ildə İrəvan şəhərində doğulub.  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin magistraturasını fərqlənmə ilə bitirib.  2002-ci ildən 2005-ci ilə qədər Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında oxuyub.  2007-ci ildən Azad Azərbaycan Teleradio yayım şirkətinin bədii rəhbəri və baş prodüseridir.  Sənətşünaslıq namizədi olan E.Əlibəyli TV-nin ictimai funksiyaları və onların təcəssüm mənzərəsini təhlil edən “Azərbaycan televiziyası” kitabının müəllifidir.

Modern.az  

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar