Modern.az

İndoneziyada 8 əcnəbi edam ediləcək

İndoneziyada 8 əcnəbi edam ediləcək

Təhsil

25 Aprel 2015, 23:00

 

İndoneziya hökuməti 8 əcnəbinin – Avstraliya, Braziliya, Nigeriya və Filippin vətəndaşlarının tezliklə edam ediləcəyi barədə məlumat yayıb.  Modern.az xarici KİV-ə istinadən bildirir ki, qanuna görə bu məlumat edama 72 saat qalmış açıqlanmalıdır. Ancaq edamın konkret nə zaman icra ediləcəyi bilinmir.

Avstraliyalı Myurana Sukumaran və Endryu Çan 2006-cı ildə ölüm hökmünə məhkum ediliblər. İndoneziya hökuməti edam hökmünün dəyişdirilməyəcəyini bəyan etsə də, Avstraliyanın xarici işlər naziri Culi Bişop onların əfvi üçün müraciət edib.  Sukuraman və Çan İndoneziyaya 8 kiloqramdan çox heroin keçirməyə cəhd göstərən 10 nəfərlik qruplaşmaya rəhbərlik ediblər. Onlardan 7-nə ömürlük həbs cəzası verilib (sonradan 5-nin cəzası dəyişdirilərək 20 il edilib), başçıları haqda isə güllələnmə hökmü çıxarılıb.

Bu ilin yanvar ayında da İndoneziyada narkotik trafiki ilə məşğul olmaqda təqsirkar bilinən 6 nəfər edam olunub. Onlardan 5-i əcnəbi olub. Bu edamdan sonra Braziliya və Niderlanda İndonezyadakı səfirlərini geri çağırıblar.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə