Modern.az

Nepaldakı zəlzələdə azərbaycanlı uşaq xəsarət alıb - AÇIQLAMA

Nepaldakı zəlzələdə azərbaycanlı uşaq xəsarət alıb - AÇIQLAMA

Təhsil

26 Aprel 2015, 17:00
 

 

Xarici İşlər Nazirliyinin (XİN) təlimatı əsasında Azərbaycan Respublikasının Hindistandakı Səfirliyi Nepalda baş vermiş təbii fəlakət ilə əlaqədar Nepaldakı Azərbaycan vətəndaşları ilə təmasları davam etdirir.

Modern.az xəbər verir ki, bunu XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.  

Hikmət Hacıyev bildirib ki,  Nepalda 6-sı uşaq olmaqla, 14 Azərbaycan vətəndaşı arasında zəlzələ nəticəsində ciddi xəsarət halı qeydə alınmayıb.  

İkin məlumata görə, Nepalda 6-sı uşaq olmaqla, 14 Azərbaycan vətəndaşı arasında zəlzələ nəticəsində ciddi xəsarət halı qeydə alınmayıb.

Uşaqlardan biri yüngül sıyrıq xəsarəti alıb, hazırda vəziyyəti yaxşıdır.  

Akkreditasiya dairəsinə Nepalın da daxil olduğu Azərbaycan Respublikasının Hindistandakı səfirliyi vəziyyəti diqqətdə saxlayır.

Məlumat üçün deyək ki, ötən gün Nepalda  7,9 bal gücündə zəlzələ baş verib. Məlumata görə zəlzələ nəticəsində ölənlərin sayı təxminən 2000 nəfərdir.  

Modern.az


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə