Modern.az

Putindən şok AÇIQLAMA: “ABŞ-ın Azərbaycandakı xüsusi xidmətçilərilə Qafqazdakı terrorçuların əlaqəsi olub”

Putindən şok AÇIQLAMA: “ABŞ-ın Azərbaycandakı xüsusi xidmətçilərilə Qafqazdakı terrorçuların əlaqəsi olub”

Təhsil

26 Aprel 2015, 22:27

2000-ci illərin əvvəllərində Rusiya xüsusi xidmət orqanları Şimali Qafqazdakı yaraqlılarla ABŞ xüsusi xidmətinin Azərbaycandakı nümayəndələrinin birbaşa əlaqələri olduğunu aşkarlayıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin “Rossiya 1” telekanalında nümayiş olunan “Prezident” filmində səsləndirib.

Rusiya liderinin sözlərinə görə, bu haqda məlumat alan kimi, o vaxt ABŞ prezidenti ilə əlaqə salayıb və Amerika dövlət başçısı bu problemi araşdıracağına söz verib:

“On gündən sonra mənə tabe olanlar, Federeal Təhlükəsizlik Xidmətinin rəhbərliyi Vaşinqtondakı həmkarlarından belə bir məktub alıblar: “Biz Rusiyadakı müxalif qüvvələrilə əlaqələri dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Hesab edirik ki, biz bunu etməkdə haqlıyıq və gələcəkdə də edəcəyik”.

Putin qeyd edib ki, heç kim terrorçulardan öz siyasi və geosiyasi vəzifələrini həll etmək üçün istifadəyə cəhd göstərməməlidir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə