Modern.az

Azərbaycanlı jurnalistlər Türkiyəyə gedəcək

Azərbaycanlı jurnalistlər Türkiyəyə gedəcək

Media

22 Sentyabr 2010, 11:09

Bu il oktyabrın ikinci yarısında Türkiyə Qəzetçilər Federasiyasının başkanlar konseyinin növbəti toplantısı keçiriləcək. Bu barədə Modern.az saytına federasiyanın rəhbəri Atilla Sertel məlumat verib.

O, qeyd edib ki, toplantıya Azərbaycandan olan jurnalist birliklərinin rəhbərləri də dəvət edəcək.

Xatırladaq ki, Azərbaycandan Türkiyə Qəzetçilər Federasiyasının üzvləri olan qurumlar Parlament Jurnaistləri Birliyi, “Yeni Nəsl” Jurnalistlər Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Jurnalistlərin Həmkarlar İttifaqıdır.

A.Sertel onu da bildirib ki, növbəti toplantı Kayseridə keçiriləcək: “Başkanlar konseyinin toplantısında “Ermənilərin Azərbaycanda törətdikləri soyqırımlar fotolarda” sərgisi də olacaq. Bu toplantıya Türkiyənin prezidenti Abdulla Gülün də qatılacağı gözlənilir”.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!