Tanınmış estrada müğənnisi 57 yaşlı Layma Vaykule hamilədir. Bu barədə onun dostu, rusiyalı müğənni Boris Moiseyev bildirib.
Modern.az “Direkt Nyus” Agentliyinə istinadən bildirir ki, Layma süni mayalanma yolu ilə hamilə qalıb.
Uşağın atası isə Vaykulenin vətəndaş nikahında yaşadığı əri Andrey Latkovskiydir. O, həm də Vaykulenin konsert direktorudur. Cütlük neçə illərdir birgə yaşayır.
Latviyalı ulduz Layma Vaykule sovet dönəmində estrada müğənnisi kimi ilk addımlarını Azərbaycanda atıb. Tanınmış müğənni bir müddət “Azkonsert”in üzvü olub.
Modern.az