Modern.az

Sumqayıtda bacı-qardaşı BMW vurub öldürdü

Sumqayıtda bacı-qardaşı BMW vurub öldürdü

Təhsil

27 Aprel 2015, 13:12


Aprelin 25-də saat 23 radələrində Sumqayıt şəhərinin H.Zeynalabdin qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Gədəbəy rayon sakini Xəqani Cəfərov və onun bacısı Arifə vurulub. 
Modern.az saytı Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, piyada bacı-qardaşlar hadisə yerində ölüblər.

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “BMW” markalı avtomobilin sürücüsü İlqar Əliyev saxlanılıb. Araşdırma aparılır.

***

Aprelin 25-də saat 21 radələrində Sumqayıt şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakinləri Şərafət Zeynalova və onun nəvəsi Ramal Tahirov vurulub. R.Tahirov hadisə yerində ölwb, Ş.Zeynalova xəstəxanaya yerləşdirilib.

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “VAZ-2106” markalı avtomobilin sürücüsü - şəhər sakini Fərhad Muradi tutulub. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə