Modern.az

Ağcabədi sakini benzin içib öldü

Ağcabədi sakini benzin içib öldü

Təhsil

27 Aprel 2015, 13:33

Aprelin 26-da Ağcabədi rayonunun Hindarx qəsəbə sakini Cəsarət Cəfərov səhvən pivə şüşəsində saxlanılan benzini içib. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, o, xəstəxanaya aparılarkən yolda ölüb.

Aprelin 18-də Kürdəmir rayonunda yaşayan Təranə Əliyeva evindən sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib və aprelin 26-da orada dünyasını dəyişib.

Aprelin 26-da Binəqədi rayonunun Biləcəri qəsəbəsində yaşayan Nəcibə Əliyeva isə evində dəm qazından zəhərlənərək ölüb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə