Modern.az

Ərdoğan haqqında Putinə məlumat verilib

Ərdoğan haqqında Putinə məlumat verilib

Təhsil

27 Aprel 2015, 23:08

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya dövlət başçısını tənqid edən açıqlaması barədə Vladimir Putinə məlumat verilib.

Modern.az saytının məlumatına görə bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Dmitri Peskov onu da əlavə edib ki, Kreml başçısının Yerevenda "erməni soyqırımı" tədbirlərində  iştirakı Rusiyanın Türkiyə ilə münasibətlərinə xələl gətirməyəcək.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinin 1915-ci ildə baş verənləri "erməni genosidi" kimi xarakterizə etməsini və onun qondarma erməni soyqırımı tədbirlərində iştirakını tənqid edib. O bildirib ki, Türkiyə bundan məyus olub.  

Türkiyə lideri onu da əlavə edib ki, Rusiya özü “erməni soyqırımı”ndan danışmaqdansa, Ukrayna həyata keçirdiyi işğalçılıq siyasəti haqqında düşünməlidir.  

Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə