Modern.az

Roma Papası Türkiyəyə dəvət edildi

Roma Papası Türkiyəyə dəvət edildi

28 Aprel 2015, 12:35


Türkiyənin iqtisadiyyat nazirinin müavini Roma Papası I Fransiski ölkəsinə dəvət edib.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Adnan Yıldırım Roma Papasını Türkiyədə keçiriləcək “Expo-2015” sərginə dəvət edib. Vatikan bu dəvətə müsbət cavab verib. İtaliya mətbuatı da bunu “Türkiyə Papaya sülh əli uzatdı”, -  deyə şərh edib.

Adnan Yıldırım açıqlamasında Türkiyədəki sərgidə Papanı görməkdən məmnun olacaqlarını bildirib:

“Əgər Papanın özü şəxsən gəlməsə, Vatikan nümayəndə heyətindən başqa birisini də qonaq edə bilərik. Vatikan bəlkə də bizdən bu addımı gözləmirdi. Amma Türkiyə hər zaman, öz arxivlərini açmaqla dünya tarixçiləri üçün uyğun olduğunu bildirib. İki dövlət arasındakı əlaqələrin əvvəlki kimi olacağını düşünürük. Çünki Türkiyə bunun üçün hər zaman hazır olacaq”.

Vatikandan bu dəvətə müsbət cavab gəlib. Vatikanın “Expo 2015” komitəsi və Papanın Mədəniyyət Şurasının rəhbəri Kardilan Qiafranko Ravasi nazir müavininin çıxışından məmnun olduqlarını deyib:

“Vatikan nümayəndə heyəti sərgi müddətində keçiriləcək müxtəlif tədbirlərə qatılacaq. Açılışdan sonra nümayəndə heyəti Türkiyənin dəvətini qəbul edəcək.. Biz də Türkiyə nümayəndə heyətini Vatikana dəvət edirik”.

Roma Papası I Fransisk 12 apreldə keçirdiyi ayində 1915-ci il hadisələrini ermənilərə qarşı soyqırımı kimi qiymətləndirib.

Sevinc Yasinqızı 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir