Modern.az

Edamına bir gün qalmış həbsxanada evləndi

Edamına bir gün qalmış həbsxanada evləndi

Dünya

28 Aprel 2015, 13:20


İndoneziya həbsxanasında barəsində edam hökmü çıxarılan avstriyalı Endryu Çan hökmün icrasına bir gün qalanda sevdiyi qızla evlənib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, nikah mərasimində bəylə gəlinin dostları və qohum-ərqabaları iştirak edib.

“Bu, xoşbəxtlik üçün seçilən ağır məqamdır. Ümid edirik ki, prezident gənclərə qarşı müsbət davranacaq və onlar birgə yaşamağa davam edəcəklər”, - bəyin qardaşı Maykl deyib.

Endryu Çan 2006-cı ildə heroin qaçaqmalçılığına görə həbs olunub. Onun bu gün edam ediləcəyi gözlənilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır