Modern.az

Siyavuş Novruzov cəmiyyətdə aqressiyanın artmasından danışdı

Siyavuş Novruzov cəmiyyətdə aqressiyanın artmasından danışdı

Təhsil

28 Aprel 2015, 14:10



“Elə məhsullar var ki, ölkədə istehsal olunmadığı üçün xaricdən gəlir. Bu məhsullara nəzarət olmalıdır, çünki onların genetik kodu dəyişdirilir”.
Modern.az saytının verdiyi xəbərə görə, bunu Milli Məclisin iclasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

O, cəmiyyətdə aqressiyanın artması barədə danışarkən bildirib ki, bunun əsas səbəblərindən biri də informasiya ilə bağlıdır.

“Burada məsələlər qaldırıldı ki, aqressiya artır. Ancaq burada informasiya da rol oynayır. Televiziyalar da başda kriminal xəbərlər verirlər, insanın insanı necə qətlə yetirməsini göstərirlər. Eləcə də saytlarda, internetdə insanın özünü necə asmalı olduğunu göstərirlər. Məncə, sosial reklamlar olmalıdır. Törədilən cinayəti xüsusi anonsla vermək lazım deyil. İnsan nə qədər ağır informasiya qəbul edirsə, bir o qədər də aqressivləşir. Əlbəttə, burada dini cəryanların qızışdırma amilləri də var”.

Siyavuş Novruzov qeyd edib ki, Azərbaycanda tarixən tolerantlıq olub və bundan sonra da belə davam edəcək. “Azərbaycanda milli ayrı-seçkilik heç vaxt olmayıb və həmişə bir qardaş kimi yaşamışıq. Odur ki, Ələkrəm Hümmətov kimi şəxslərin nə deməsindən asılı olmayaraq bu birliyimizi və monolitliyimizi davam etdirməliyik”.

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə