ABŞ-ın Nyu-York şəhərindəki kilsələrdən birində yas mərasimində atışma baş verib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, 39 yaşlı Xose Luis Roblesin dəfn mərasimi zamanı atəş açılıb. Hadisə nəticəsində 2 nəfər həlak olub, 4 nəfər xəsarət alıb.
Məlumata görə, Bruklin rayonundakı “Emmanuel Church of God” kilsəsindən çıxan zaman matəm karvanına yaxınlıqdakı maşından atəş açılıb. Matəm iştirakçılarına doğru 15 güllə atılıb.
Nyu-York polisi insidentin küçə qruplaşmaları arasındakı müharibənin nəticəsi olduğunu düşünür.
Modern.az