Modern.az

Rusiya Ermənistana satacaq qazı ucuzlaşdırır

Rusiya Ermənistana satacaq qazı ucuzlaşdırır

Təhsil

28 Aprel 2015, 17:47


Rusiya Ermənistana satdığı qazın qiymətini aşağı  salacaq.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, “Qazprom”un prezidenti Aleksey Miller Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olmasını nəzərə alaraq əvvəl hər min kubmetrini 190 dollara satdığı qazı 165 dollara qədər ucuzlaşdıracaq. Milleri Ermənistanın hər il 2 milyard kubmetrdən artıq qaz istehlak etdiyini deyib və bu göstəricinin ildən-ilə artmaqda olduğunu xatırladıb.

Ermənistanın qaz şəbəkəsi “Qazprom” şirkətinin törəmə qurumu olan “ArmRosQazprom” şirkətinin 100 faizlik nəzarəti altındadır.

Modern.az    


 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə