Nepalda dəhşətli zəlzələ qurbanlarının sayı 5 mini keçib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Nepaldakı humanitar təşkilatlar ölənlərin 5057 nəfər olduğunu bildirib. Ölənlərin sayının daha da artacağı istisna olunmur.
Dünyanın 40-dan artıq ölkəsi bu kiçik Asiya dövlətinə yarım göndəriblər.
Bundan qabaq, Nepalın baş naziri Suşilu Koiralu zəlzələ qurbanlarının sayının 10 minə çatacağını gözlədiklərini demişdi.Modern.az