Rusiya və xarici ölkə KİV-lərinin iştirak etdiyi “Həqiqət və ədalət” 2-ci media-forumunda iştirak edən prezident Vladimir Putin Rusiya mətbuatının müstəqil olmasının vacib olduğunu vurğulayıb.
Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Putin bununla yanaşı, mətbuatın kiminsə məqsədləri üçün istifadə olunmamasını da vacib hesab edir: “KİV müstəqil olmalıdır. Bunun sayəsində heç kim mediadan öz biznes məqsədləri, yaxud bölgənin, insanların maraqlarına cavab verməyən digər məqsədlər üçün istifadə etməsinlər”.
Bundan başqa, Putin televiziyada reklamın çox olmasının tamaşaçını bezdirdiyini deyib. Eyni vaxtda, o, çap mətbuatının yaşlı nəslin hörmətini saxlamasının vacibliyindən danışıb.Modern.az