Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına aprelin 26-da keçirdiyi qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb.
Modern.az xəbər verir ki, imtahanda iştirak etmək hüququ olan 10170 bakalavrdan 348 nəfəri imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən maksimum nəticə 144 bal olub.
TQDK-dan verilən məlumata görə, 144 bal toplamış iki bakalavrdan biri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu Vasif Abbas oğlu Babayevdir.
Vasif Babayev 2011-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında 644 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər ixtisasına qəbul olub.
144 bal toplamış digər bakalavr da Prezident yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur – İsmayıl Nəcəfquluzadə.
İsmayıl Nəcəfquluzadə İsmayıl 2011-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında 672 bal toplayaraq Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər ixtisasına qəbul olub.
Modern.az