Modern.az

Ramiz Mehdiyev akademiyaya gəlib - FOTOLAR

Ramiz Mehdiyev akademiyaya  gəlib - FOTOLAR

Təhsil

29 Aprel 2015, 11:28

AMEA Rəyasət Heyətində akademiyanın illik ümumi yığıncağı başlayıb.  Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyevin də iştirak etdiyi tədbirdə akademiyanın 2014-cü ildəki fəaliyyəti haqqında hesabat təqdim olunacaq, AMEA-nın akademik-katibi və bir sıra bölmələrin akademik-katibi vəzifələrinə seçkilər keçiriləcək. 

Nizami Gəncəvi adına Qızıl medal və AMEA-nın adlı mükafatlarının təqdimatı da tədbirin gündəliyinə daxil olan məsələlərdəndir. Ümumi yığıncaqda həmçinin akademiyanın müvafiq elmi bölmələrinin sərgi eksponatları nümayiş etdiriləcək.

Tədbirdə AMEA-nın institut və təşkilatlarından olan alim və mütəxəssislərlə yanaşı, dövlət və ictimai təşkilatlarının nümayəndələri, müvafiq nazirlik, elmi müəssisə və ali məktəblərin rəhbərləri də iştirak edirlər.(Report.az)


 

 

 

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə