Modern.az

Prokuror Müsavat başqanının müavininə cəza istədi

Prokuror Müsavat başqanının müavininə cəza istədi

Təhsil

29 Aprel 2015, 12:30

Aprelin 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyası başqanının müavini Fərəc Kərimovun məhkəmə prosesi davam edib.

Vəkil Nemət Kərimli Modern.az saytına bildirib ki, proses yekunlaşmaq üzrədir:

“Prokuror heç bir sübutları qiymətləndimədən Fərəc Kərimova 7 il 6 ay müddətinə azadlıqdan mərhum etmə cəzası təklif etdi.
Ötən məhkəmədə ifadə verdikdən sonra Fərəc Kərimova qarşı Bakı İstintaq Təcridxanasında münasibət dəyişilib. Belə ki, o, qardaşı Sirac Kərimli ilə bir kamerada qalırdı. Sonuncu məhkəmədən sonra Fərəci bir nəfərlik, Siracı isə şəraiti pis olan kameraya salıblar.
Mayın 6-na qədər təxirə salınan məhkəmədə Fərəc Kərimov son söz deyəcək”.

Fərəc Kərimov iyulun 23-də həbs edilib. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə) maddəsi ilə ittiham edilir. Onun iyulun 17-də tutulan qardaşı Sirac Kərimliyə də eyni ittiham irəli sürülüb. Tutulan vaxt Fərəc Kərimov Müsavatçı Gənclər Təşkilatının Nəzarət Təftiş Komissiyasının sədri, partiyanın rəsmi internet səhifəsinin idarəçisi olub, bloqçu fəaliyyəti göstərib. Həbsdə olduğu vaxt isə Müsavat başqanının müavini təyin edilib. Fərəc və Sirac qardaşlarının müdafiəçiləri həbsləri siyasi motivlərlə bağlayır.

Yeganə OQTAYQIZI

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə