Modern.az

İlham Əliyev: Ermənistan danışıqlar masasında irəli sürülən təşəbbüslərə əngəllər yaradır

İlham Əliyev: Ermənistan danışıqlar masasında irəli sürülən təşəbbüslərə əngəllər yaradır

Təhsil

29 Aprel 2015, 15:56


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Regiondakı prosesləri yaxından izlədiklərini bildirən Herbert Salber təmas xəttindəki vəziyyətdən narahatlıqlarını ifadə edərək münaqişənin həll olunmasına hazırda həmişəkindən daha çox ehtiyac duyulduğunu deyib. O, təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığı genişləndirərək regiondakı münaqişələrin həllinə öz töhfəsini vermək niyyətində olduğunu vurğulayıb.

Ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində və bununla bağlı aparılan danışıqlar prosesində ən maraqlı tərəf olduğunu deyən Prezident İlham Əliyev Azərbaycan torpaqlarının 20 faizdən çoxunun işğala məruz qaldığını və bu vəziyyətin uzun illər davam etdiyini, atılan addımların heç bir nəticə vermədiyini vurğulayıb. Prezident bildirib ki, danışıqlar masasında irəli sürülən təşəbbüslərə əngəllər yaradan Ermənistan təmas xəttində müxtəlif silahlı təxribatlar törətməklə mövcud status-kvonu saxlamağa çalışır. Dövləti başçısı Avropa İttifaqının münaqişənin həlli ilə bağlı konkret mövqe nümayiş etdirməməsini də təəssüflə qeyd edib.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrinin vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir