Modern.az

Gürcüstanda hökumət böhranı gözlənilir

Gürcüstanda hökumət böhranı gözlənilir

29 Aprel 2015, 17:15

Bu gün Gürcüstanın postundan istefa verən gənclər və idman naziri Levan Kipiani hökumət böhranına səbəb olub.

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, ölkə konstitutsiyasına görə hökumətin 1/3-i vəzifəsini tərk edirsə, parlamentdə yeni hökumətə etimad səsverməsi keçirilməlidir. 

Kipianinin vəzifəsindən gedən 7-ci nazir olduğunu nəzərə aldıqda hökumətin buraxılıb-buraxılmamasının parlamentin həll edəcəyi aydındır.

Gürcüstan qanunvericilyinə görə ölkə prezidenti 1 həftə ərzində yenilənmiş nazirlər kabinetinin siyahısını parlamentə təqdim etməlidir.

Baş nazirinin namizədliyini parlamentdə ən çox səs toplamış partiya, qalan nazirləri isə baş nazir özü müəyyən edir.    

Modern.az       

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir