Tanınmış televiziya jurnalisti Sahib Alıyev parlament seçkilərinə 107 saylı Qazax seçki dairəsindən qatılıb. Modern.az MSK-nın mətbuat xidmətindən aldığı məlumata görə, telejurnalist marafonda iştirak etmək üçün sənədlərini artıq DSK-ya təqdim edib və imza vərəqlərini götürüb. S.Alıyev seçkilərdə bitərəf olaraq qatılıb. O, "Lider" TV-də siyasi icmalçıdır.
Qeyd edək ki, bu dairədən daha bir jurnalist- "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının da namizədliyini irəli sürəcəyi gözlənilir.
Modern.az