Modern.az

Ukraynadakı müharibədən dəhşətli FOTOLAR

Ukraynadakı müharibədən dəhşətli FOTOLAR

Təhsil

29 Aprel 2015, 23:05


Ukrayna millətçiləri hakimiyyəti və hərbi komandanlığı cinayətkarcasına fəaliyyətsizlikdə ittiham edərək mayın 8-də Kiyevin mərkəzində etiraz aksiyası keçirməyə hazırlaşır. Modern.az xarici KİV-ə istinadən bildirir ki, Ukrayna millətçilərinin təşkilatı Milli Qvardiyanın onlarla döyüşçüsünün meyitlərinin fotolarını yayıb. Onların Debaltsevo hadisləri zamanı öldükləri bildirilir.

Radikalların əllərində Ukrayna ordusunun bərbad vəziyyətdə olduğunu əks etdirən foto sübutlar var, hərbçilərin Debaltsevo qazanında Donetsk və Luqanskda Rusiyanın dəstəklədiyi terrorçuların mühasirəsinə düşərək taleyin ümidinə buraxıldıqları məlum olub. Həmin təşkilatın saytında bu dəhşətli vəziyyəti əks etdirən 200-ə yaxın foto yerləşdirilib. Ancaq bir müddət sonra sayta giriş mümkün olmayıb.



Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir