Milli Məclisinin deputatı Sevinc Hüseynovanın təşəbbüsü və dəstəyi ilə Gədəbəy rayonunun ekoloji mühitini qorumaq, yeniyetmə və gənclər arasında ekoloji maarifləndirməni gücləndirmək məqsədilə rayonun bir çox kəndlərində ağacəkmə kampaniyası həyata keçirilib. Modern.az-ın məlumatına görə, sözügedən kampaniya məktəb şagirdlərinin və kənd ictimaiyyətinin iştirakı ilə rayonun Kiçik Qaramurad, Əmiraslanlı, Alnabat, Düzyurd, Qaradağ, Arıqdam, Slavyanka, Çanaqçı, Nərimankənd, Moruxlu, Qoşabulaq, Pərizamanlı, Samanlıq, Zəhmətkənd, Xarxar, Miskinli, Çaldaş, Çalburun, Plankənd, Əlinağılar, Dəyəqarabulaq kəndlərini əhatə edib. Ağacəkmə kampaniyasında 1000-dən artıq meyvə ağacları əkilib və ağaclara aqrotexniki qaydada qulluq göstərilib.