Modern.az

Rusiya Ukrayna ilə müharibə etməyəcək – RƏSMİ AÇIQLAMA

Rusiya Ukrayna ilə müharibə etməyəcək – RƏSMİ AÇIQLAMA

30 Aprel 2015, 09:49


“Rusiya və Ukrayna arasında müharibə olmayacaq. Biz heç bir halda Ukrayna ilə döyüşməyəcəyik”. Modern.az saytının verdiyi xəbərə görə bunu Rusiyanın müdafiə nazirinin müavini Anatoli Antonov “Komsomolskaya paravda” qəzetinə müsahibəsində deyib.

Nazir müavini bildirib ki, Ukrayna Rusiyaya düşmən dövlət deyil. Anatoli Antonov qeyd edib ki, Fransa və Almaniya rəsmi Kiyevin Ukraynanın cənub-şərqində əməliyyatlara başlamaması üçün öz təsirini göstərəcək.  

O , Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə ümid etdiyini də söyləyib.  

Aqşin Kərimov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat