Modern.az

İnzagi “Milan”dan getdi

İnzagi “Milan”dan getdi

30 Aprel 2015, 10:52


Milanın eyni adlı komandasının çempionatın növbəti turunda öz meydanında “Genoa”ya 1:3 hesabı ilə məğlub olması baş məşqçi Filippo İnzaginin istefa verməsinə səbəb olub.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu mövsümün əvvəlində “Milan”a baş məşqçi təyin olunan İnzaginin komandadan gedəcəyi ilə bağlı bundan əvvəl də məlumatlar yayılıb. Dünənki növbəti məğlubiyyət isə “Milan”ın keçmiş hücumçusunun özünün belə qərar verməsi ilə nəticələnib. “Genoa” ilə oyun zamanı dəfələrlə azarkeşlərin tənqidləri ilə üzləşən İnzagi oyundan sonra baş məşqçilikdən istefa verdiyini bəyan edib.

“Milan”ın yeni baş məşqçisi isə Kristian Brokki ola bilər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat