Nepalda aprelin 25-də baş verən zəlzələdə həlak olanların sayı 6 mini keçib.
Modern.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Nepalın baş nazirinin müavini Bam Dev Qautam məlumat verib. Onun sözlərinə görə, yaralıların sayı 11 min nəfəri keçib.
Hökumət ölənlərin sayının 10 mini keçəcəyindən narahatdır. Zəlzələ ilə bağlı ABŞ, Rusiya və Avropa ölkələri də daxil olmaqla 50-dən artıq ölkə Nepalda humanitar yardım göstərib.
Aprelin 25-i Nepalın paytaxtı Katmandudan 80 kilometr şimal-qərbdə baş verən zəlzələ 7,8-7,9 bal gücündə olub.Modern.az