Modern.az

Roma Papası: “Kişilərlə qadınların maaşları eyni olmalıdır”

Roma Papası: “Kişilərlə qadınların maaşları eyni olmalıdır”

Dünya

30 Aprel 2015, 11:21


Roma Papası I Fransisk kişilərlə qadınların əmək haqları arasında fərqi ləğv etməyə çağırıb. Modern.az bildirir ki, bu haqda “Reuters” agentliyi məlumat yayıb.

“Nəyə görə qadınlar kişilərdən az əmək haqqı almalıdırlar? Yox! Onların buna haqqı yoxdur. Əməyin müqabilində belə fərqin olması əsl qalmaqaldır”, - o, bəyan edib.

Onun fikrincə, xristianlar eyni işə görə əmək haqqı fərqinin aradan qaldırılmasını dəstəkləməlidirlər.

Fransisk əlavə edib ki, qadınların Roma katolik kilsəsinin fəaliyyətində daha hiss ediləcək rolu olmasını istərdi.

“Reuters”in məlumatına görə, Avropa İttifaqında qadınlar orta hesabla kişilərdən 16,4 faiz az əmək haqqı alır. ABŞ-da isə bu fərq 23 faizdir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!