Liviyada yaraqlılar 8 ay əvvəl oğurladıqları 2 Tunisdən olan jurnalisti edam ediblər.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, edam olunanlar 2014-cü il sentyabrın 8-də oğurlanan tunisli jurnalistlər Sofyena Şurabi və Nadir Ktaridir.
Onları İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının özünü Liviyadakı bölməsi kimi təqdim edən cihad qruplaşması oğurlamışdı. Liviyanın şərq hissəsi islamçı qruplaşmasının nəzarəti altındadır.
Modern.az