Modern.az

Putin valideynləri haqda yazdı: “Atam NKVD-nin diversantı idi”

Putin valideynləri haqda yazdı: “Atam NKVD-nin diversantı idi”

30 Aprel 2015, 12:13

Rusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsi ilə bağlı valideynlərinin ona danışdıqlarını köşə şəklində yazıb. Modern.az saytı xəbər verir ki, “Russkiy pioner” jurnalında yazdığı köşədə prezident əsasən atasının müharibə ilə bağlı söylədiklərini nəql edib.

“Açığı, atam heç bu mövzuya toxunmaq belə, istəmirdi. Əslində belə idi. Böyüklər öz aralarında nəsə danışanda, yaxud xatırlayanda mən həmişə yaxınlıqda olurdum. Müharibə və ailəmlə nələrin baş verdiyi haqda təsəvvürüm böyüklərin mənə danışdıqlarından formalaşmışdı. Bəzən onlar birbaşa mənə müraciətlə də xatirlərini bölüşürdülə”r.

Putin atasının Sevastopoldakı sualtı qayıqlarda xidmət keçdiyini deyib.

“Onu 1939-cu ildə xidmətə çağırmışdılar. Sonra hərbidən qaydınıb zavodda işə düzəlmişdi. Anamla onlar Petrodvotskda yaşayırdılar. Məncə, onlar Petrodvorskda hətta ev də tikmişdilər”.

Köşədə Putin atasının hərbi müəssisələrdən birində çalışdığını və buna görə onu müharibədən azad edən “bron”a malik olduğunu xatırlayıb. Rusiya prezidenti “bron”a baxmayaraq atasının könüllü cəbhəyə getdyini və NKVD-nin xüsusi diversiya qrupunun üzvü kimi əməliyyatların birində xəsarət aldığını bildirib.

Vladimir Putin valideynlərinin almanlara nifrət etmədiyini də vurğulayıb.

“Açığı, mən bunu sona qədər heç cürə başa düşmürəm. Anam, ümumiyytlə, çox yumşaqqəlbli, xoş məramlı insan idi. O deyirdi: “Bu əsgərlərə nə nifrət ola bilər? Onlar da bizim kimi cəhbədə ölən sadə insanlardır”.
Bu mənə təəccüblü gəlirdi. Biz sovet filmləri, kitabları ilə böyüyürdük...  Və nifrət edirdik. Amma onda nədənsə bu yox idi”.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir