Modern.az

Nepalda möcüzə: 5 gün dağıntılar altında qalan gənc xilas olundu

Nepalda möcüzə: 5 gün dağıntılar altında qalan gənc xilas olundu

30 Aprel 2015, 13:28


Nepalda xilasetmə əməliyyatları zamanı 5 gün dağıntılar altında qalan yeniyetmə xilas olunub.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Pemba Tamanq adlı gənc 7 mərtəbəli binanın dağıntıları altından çıxarılıb. Toz içində olan və dərin şok keçirən yeniyetməni çıxartmaq üçün bir neçə saat vaxt sərf olunub.

Nepallı xilasedicilər Pemba Tmanaqın çökən binanın 2 bloku arasında yerləşən boşluğa düşməsinə görə sağ qaldığını deyiblər. Möcüzə nəticəsində sağ qalan yeniyetmə xəstəxanaya yerləşdirilib.

Nepalda aprelin 25-də baş verən 7,9 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 6 mini keçib.    

Modern.az  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat