Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 01-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi axşam müləyimləşəcək.
Havanın temperaturu gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 01-də bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 10-15, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Modern.az