Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In mayın 9-da Moskvada Böyük Vətən Müharibəsindəki qələbənin 70 illiyi ilə bağlı keçiriləcək parada getməyəcək. Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: “Kim Çen In Pxenyanda qalmağa qərar verib. Diplomatik kanallarla bizə verilən məlumata görə, o, paradda iştirak edə bilməyəcək. Bu, Koreya daxilindəki situasiya ilə bağlıdır”.
Modern.az