Modern.az

Dövlət sirrinin internet mediada qorunmasına dair müzakirələr olacaq

Dövlət sirrinin internet mediada qorunmasına dair müzakirələr olacaq

Təhsil

30 Aprel 2015, 17:00

Demokratik Jurnalistlər liqası Azərbaycan respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Milli təhlükəsizlik və dövlət sirri məlumatlarının internet mediada qorunmasına yönəlik ictimai müzakirələr” mövzusunda layihənin icrasına başlayıb.

Layihə çərçivəsində tanınmış QHT və onlayn media nümayəndələrinin, ekspertlərin iştirakı ilə ictimai müzakirələr təşkil ediləcək. Milli təhlükəsizlik və dövlət sirri məlumatlarının internet mediada qorunmasına  həsr edilən ictimai müzakirələr, debatlar Kanal 13 İnternet telekalanında hazırlanaraq canlı yayımlanacaq və həmin televiziya verilişləri Youtube-da, digər sosial şəbəkələrdə yerləşdiriləcək. Eyni zamanda Fasebook-da mövzu ilə bağlı ictimai forumlar təşkil ediləcək. 

Layihənin məqsədi vətəndaş cəmiyyətini narahat edən, Azərbaycanda milli təhlükəsizliyə xələl gətirən informasiyaların yayılmasının qarşısının alınması istiqamətində və dövlət sirri təşkil edən hərbi məlumatların qorunmasına dair mövzular üzrə  müxtəlif ictimai müzakirələr təşkil etməkdir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir