Modern.az

Oyunda infarkt olan futbolçu öldü

Oyunda infarkt olan futbolçu öldü

Təhsil

30 Aprel 2015, 22:15

Belçikanın “Lokeren” futbol klubunun ürək tutmasından sonra komaya düşən oyunçusu Qreqori Mertens özünə gəlmədən dünyasını dəyişib.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Merttens aprelin 27-də “Genk”lə oyunda özünü pis edib. Həkimlər ürək tutması olan stadionda yarım saat ərzində 24 yaşlı futbolçuya yardım ediblər, sonradan xəstəxanaya yerləşdirilib.

Məlumatda qeyd edilir ki, əməliyyatdan sonra futbolçunun vəziyyəti bir neçə dəfə kritik həddə çatıbmış.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə