Modern.az

Xoşqədəm hər gün ANS-in efirinə çıxacaq

Xoşqədəm hər gün ANS-in efirinə çıxacaq

Təhsil

1 May 2015, 13:34


Xoşqədəm Hidayətqızı ANS-də yeni layihə hazırlayır. Modern.az saytı axşam.az-a istinadən xəbər verir ki, aparıcı həftəiçi beş gün yeni verilişlə efirə çıxacaq.

Onun sözlərinə görə, gündəlik efir “Xoşqədəmlə axtarıram səni”nin təfərrüatları ilə bağlı olacaq:

"Həftənin bazar günü yayımlanan verilişimiz də olduğu kimi yerində qalır. Yeni layihənin adını isə hələlik açıqlamaq istəmirəm”. 

X.Hidayətqızı "Axtarıram səni"nin ilk buraxılışından razı qalmadığını etiraf edib: 

“Düzdür, reytinq yüksək oldu. Amma heç də ürəyimcə veriliş alınmadı. Çünki arxivimiz yox idi. Verilişi cəmi 1 həftəyə hazırladıq. Komandamız gecə-gündüz işlədi. Mənim üçün keçmişdəki söz-söhbətlər bitdi. Hər kəsdən xahiş edirəm ki, ötüb gedənlərlə bağlı mənə heç bir sual verməsinlər".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat