Modern.az

Kommunistlər Türkiyəni qarışdırdı - FOTOLAR

Kommunistlər Türkiyəni qarışdırdı - FOTOLAR

Təhsil

1 May 2015, 14:49

İstanbulun Taksim Meydanında qarışıqlıq yaranıb. Kommunist Partiyasının üzvü olan təxminən 30 adam meydana girib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, qrupa polis müdaxilə edib.

1 May günü ilə bağlı indiyədək İstanbulun Beşiktaş, Taksim və Okmeydanında 4-ü liseyli olmaqla 11 adam nəzarətə alınıb. Zincirlikuyuda toplaşmağa çalışan qruplara polis bibər qazı ilə müdaxilə edib.

Beşiktaşda Cümhuriyyət Xalq Partiyası (CHP) mahal binasına avtomobillə getməyə çalışan millət vəkilliyinə namizəd Əli Özcan qalmaqal zamanı yerə yıxılıb.

Yerli vaxtla saat 11:28-də Kommunist Partiya üzvü olan təxminən 30 nəfərlik qrup Taksimdə bir oteldən çıxaraq hərəkət etmək istəyib. Oteldən çıxan Kommunist Partiyası üzvləri bir anda Cümhuriyyət abidəsinə doğru qaçmağa başlayıb. Nə olduğunu anlamaqda çətinlik çəkən polislər, qrupa müdaxilə etməyə çalışıb. Əvvəl polislər qrupa dəyənəklə müdaxilə edib, ardından da dövrəyə çevik qüvvət polisləri girib. Çox sayda nümayişçi nəzarətə alınıb. Taksimdə gərginlik davam edir.









Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat