Modern.az

“Bu, məni də sarsıtdı”

“Bu, məni də sarsıtdı”

Təhsil

1 May 2015, 15:26


“Nepalda baş verən zəlzələ nəticəsində minlərlə insanın həyatını itirməsi və ciddi ziyan görməsi məni də sarsıtdı. Prezident İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan hökuməti adından Nepal Federativ Demokratik Respublikasına humanitar yardım göndərilib və Azərbaycan vətəndaşları fəlakət zonasından təxliyə edilib”.  

Modern.az saytının məlumatına görə bunu Milli Məclisin deputatı Fuad Muradov bildirib. Fuad Muradov qeyd edib ki, Azərbaycan bayrağı əks olunmuş təyyarənin Nepala getməsi, zəlzələdən əziyyət çəkən insanlara yardım, həmçinin 13 vətəndaşımızın fəlakət baş vermiş ərazidən Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ olaraq təxliyə edilməsini görəndə ölkəmizin qüdrəti, humanizmə necə diqqətlə yanaşmasını ilə qürur duyub.  

“Daha bir məqam isə təxliyə edilənlərin arasında yaxından tanıdığım bir insanın ailəsinin olması idi. Azərbaycan dövlətinin vaxtında atdığı addım həm ölkə vətədaşlarının həyatını, həm də zəlzələdən əziyyət çəkən Nepal xalqının qismən də olsa həyatlarını xilas etməyə yönəldi. İnşallah bu qüdrətimizi Qarabağı azad etməklə bir daha sübut edəcəyik!”,-deyə deputat bildirib.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat